"Barselona" yeni transferini icarəyə göndərdi

19 İyul 2019 20:45

"Barselona" bu həftə heyətinə cəlb etdiyi Mark Kukurelyanı icarəyə göndərib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi gələn ilin yayına qədər "Xetafe"də çıxış edəcək.

Qeyd edək ki, 20 yaşlı ispaniyalı müdafiəçi "Barselona"nın yetirməsidir. O, 2018-ci ilin yayında "Eybar"a keçmişdi.

Milli.Az