Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı 13 faiz artıb

19 İyul 2019 10:16

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3.675,8 mln. manat təşkil edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatında ümumi göstəricinin 1.902,2 mln. manatının heyvandarlıq, 1.773,6 mln. manatının isə bitkiçilik məhsullarının payına düşdüyü qeyd edilib.

Qeyd edək ki, hesabat dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 13 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,9 faiz, bitkiçilik məhsulları üzrə isə 25,6 faiz artıb.

Milli.Az