Bakıda barmağında dəmir halqa qalan şəxsin köməyinə FHN gəldi

19 İyul 2019 09:06

Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb.

Bu barədə Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.

Milli.Az