Yeni Zelandiyada partlayış: Xəsarət alanlar var

19 İyul 2019 08:59

Yeni Zelandiyanın Kraystrerç şəhərində evdə qaz partlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində 6 nəfər müxtəlif xəsarət alıb.

Partlayışdan sonra yaxınlıqda olan bina sakinləri təxliyə edilib. Qeyd olunur ki, yaralılar arasında ağır vəziyyətdə olanlar var.

Milli.Az