Batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas olunub

19 İyul 2019 08:49

Batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dünən FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mingəçevir, Qızılqum, Şirvan, Bilgəh, Yevlax, Nardaran və Buzovna sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas olunub.

Milli.Az