Rusiya "Google"u 700 min rubl məbləğində cərimələyib

19 İyul 2019 08:40

Rusiya Dövlət Nəzarət Komitəsi "Google"u reyestr uyğun olaraq qadağan olunmuş informasiyaları filtrləmədiyi üçün cərimə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, şirkət 700 min rubl cərimə ödəyəcək.

Qeyd edək ki, bu, şirkətin "İnformasiya haqqında qanun"u ilk pozması deyil.

Bundan öncə də "Google" Rusiyada 500 min rubl məbləğində cərimələnmişdi.

Milli.Az