71 il bərabər yaşadılar, eyni gündə öldülər - VİDEO

19 İyul 2019 10:07

71 il əvvəl nikah bağlayan Herbert Deleyql və Merilin Frensis eyni gündə vəfat ediblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onların eyni xəstəxanada 12 saat fərqlə dünyalarını dəyişdikləri qeyd edilib.

Cütlüyün sevgi tarixçəsi 1974-cü ildə Merilinin ofisiant işlədiyi kafedə başlayıb. Herbert daha sonralar etiraf etmişdi ki, ora məhz gələcək həyat yoldaşını görmək üçün girirmiş. Günlərin bir günü cəsarət toplayan kişi onu görüşə dəvət edib. 1 ildən sonra cütlük toy edib.  

Herbert və Merilinin özlərindən sonra 6 övladı, 16 nəvəsi, 25 nəticəsi və 3 kötücəsi qaldı.

Milli.Az