Boliviyada avtobus qəzasında 4 nəfər ölüb

19 İyul 2019 07:41

Boliviyada avtobus qəzasında 4 nəfər ölüb, daha 30 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, iddia olunur ki, sürücü sərxoş olub.

Hadisə gecə saat 2:30-da baş verib. Avtobus Koçabamba şəhərində Oruro istiqamətində hərəkət edərkən, döngələrin birində aşıb.

İlkin məlumatlara görə, avtobus sürətlə hərəkət edib, sürücü mütəmadi olaraq yuxulayıb. Yaralılar xəstəxanalardadırlar. Hadisə ilə əlaqədar araşdırma aparılır.

Milli.Az