Rozanın bu dəfə əzələsi müzakirə olundu - FOTO

18 İyul 2019 23:59

Müğənni Roza Zərgərli hər zaman paylaşdığı fotolarda əməliyyatla böyütdürdüyü ombası ilə müzakirələrə səbəb olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu dəfə sənətçinin qarın hissəsindəki "paxlavalar" diqqət çəkib.

Roza son günlər dəb halını alan əməliyyatla qarnına əzələ qoydurub. O, bədənindəki bəzi piyləri çəkdirərək, onları qarnına "paxlava" etdirib.

Qeyd edək ki, Zərgərli əməliyyatla ombasını da böyütdürüb.

Milli.Az