Meteohəssas insanlar üçün XƏBƏR

18 İyul 2019 22:37

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası meteohəssas insanları daha çox maraqlandıran kosmik hava durumu və proqnozunu açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ötən gün Günəş diski ləkəsiz olub. Koronoqraf görüntülərində Yerə doğru yönələn hər hansı bir cism müşahidə olunmayıb.

Növbəti günlər - iyulun 18-dən 20-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Proqnoz dövründə ümumən sakitlik proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı iyulun 18 və 19-da 5 faizdən, iyulun 20-də isə 1 faizdən aşağı qiymətləndirilir.

Milli.Az