Rusiyada ağır qəza: Yeddi nəfər ölüb

18 İyul 2019 22:36

Rusiyanın Tuva Respublikasında iki avtomobilin toqquşması nəticəsində 7 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Qızıl-Ərzin yolunun 20-ci kilometrində baş verib.

Belə ki, "Toyota" markalı avtomobil qarşı yola çıxaraq "Lada" markalı maşınla toqquşub. Qəza nəticəsində hər iki sürücü və "Lada" avtomobilində olan daha 5 nəfə dünyasının dəyişib. "Lada" markalı avtomaşında olan 5 sərnişin azyaşlılar olub.

Milli.Az