Müsabiqəyə 7 minə yaxın vakant müəllim yeri çıxarılacaq - Təhsil Nazirliyi

18 İyul 2019 21:14

Müəllimlərin işə qəbulu müsabiqəsinə ilkin mərhələdə 7 minə yaxın vakant yer çıxarılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, yeni yaranan yerlər əlavə yerləşdirmə mərhələsi üçün elan ediləcək:

"İyulun 24-dən sonra apelyasiya prosesi həyata keçiriləcək, test imtahanları ilə bağlı müraciətlərə baxılacaq. Sonra vakant yer seçimi prosesi keçiriləcək. Vakant yeri qazanmaq hüququ əldə edən şəxslər müsahibəyə dəvət olunacaq".

Milli.Az