“Roma” yetirməsini yunanlara satdı

18 İyul 2019 19:59

"Roma"nın futbolçusu Daniele Verde karyerasını Yunanıstanda davam etdirəcək.

Milli.Az komanda.az-a istinadən bildirir ki,  23 yaşlı yarımmüdafiəçi AEK klubuna transfer olunub. Bu barədə Yunanıstan təmsilçisinin rəsmi saytı məlumat yayıb. Verde ilə 3 illik müqavilə imzalanıb.

"Roma"nın yetirməsi olan Verde, son mövsümü icarə əsasında "Valyadolid"də keçirib.

Milli.Az