Almaniyanın "Leyptsiq" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Milli.Az komanda.az-a istinadən bildirir ki, Bundesliqa təmsilçisi PSJ-dən Kristofer Nkunkunu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
"Leyptsiq" Nkunku üçün PSJ-yə bonuslarla birlikdə 15 milyon avro ödəyəcək. Paris təmsilçisinin yetirməsi olan yarımmüdafiəçi, yeni klubunda 18 nömrəli formanı geyinəcək.
Milli.Az