Elza sponsorunun kim olduğunu açıqladı

18 İyul 2019 16:19

Əməkdar artist Elza Seyidcahan "Hər şey daxil" proqramının qonağı olub.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, müğənni ona ünvanlanan suala verdiyi cavabla diqqət cəlb edib.

Belə ki, prodüser Tarix Əliyev (Tolik) ona "Elza xanım, sizin sponsorunuz var" deyə, sual verib.

Elza isə cavabında "Sponsorum Allahdır, daha sonra isə anamdır" sözlərini söyləyib.

Milli.Az