Yasamalda baş verən davaya görə bir nəfər saxlanıldı

18 İyul 2019 15:49

Yasamalda baş verən davaya görə bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, iyulun 17-də Yasamal rayonu ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Vəlixanov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini F.Budaqov saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az