"Marvel" qəhrəmanı Tor haqqında film çəkiləcək

19 İyul 2019 00:45

Rejissor Tayka Vaytiti "Marvel" qəhrəmanı Tor haqqında film çəkəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Tor superqəhrəmanı german-skandinaviya mifologiyası əsasında yaradılan bir Allah obrazıdır.

Məlumatda bildirilir ki, T.Vaytiti bundan öncə 2021-ci ildə işıq üzü görəcək "Akira" adlı film üzərində işləyirdi. Rejissor Tor haqqında filmini çəkdikdən sonra yenidən "Akira" ekran əsərinə qayıdacaq.

Milli.Az