Dünyanın ən böyük şeir portalı "Lyrikline"nin nəticələrinə görə, türk şairi Orxan Vəlinin "Anlatamıyorum" şeiri dünya üzrə ən çox oxunan ikinci şeiri seçilib.
Milli.Az xəbər verir ki, bu barəədə adıçəkilən portalın redaktoru Metin Celal məlumat verib. Onun sözlərinə görə, 84 dildə 1375 şairin 12312 şeiri və 18502 tərcüməsini paylaşan portal 1999-cu ildən fəaliyyət göstərir və 2002-ci ildən bəri UNESCO-nun himayəsindədir.
Məlum olub ki, "Lyrikline" redaktorları hər il iyun ayında "Berlin Şeir Festivalı" çərçivəsində illik statistikaları açıqlayır. Bu ilin nəticələrinə əsasən, dünya üzrə ən çox oxunan şeir Orxan Vəlinin "Anlatamıyorum!", ilk sırada isə isveçli şair Herman Hesseden "Stufen" şeiri gəlir.
Ən çox şeir oxunan ölkələr
1. Almaniya
2. ABŞ
3. Türkiyə
4. Böyük Britaniya
5. Serbiya
6. Avstriya
7. İspaniya
8. İsveçrə
9. Rusiya
10. Fransa. (publika.az)
Milli.Az