TRT əməkdaşları saxlanıldı - Rus səfirin qətlinin görüntülərinin yayımlanmasına görə

18 İyul 2019 12:30

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin görüntülərinin TRT telekanalında yayımlanması ilə bağlı aparılan araşdırma çərçivəsində əməliyyat keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, polisin prokurorluğun təqdimatı ilə keçirdiyi əməliyyat nəticəsində FETÖ terror təşkilatının üzvü olan 6 nəfər saxlanılıb.

Onlardan 5 nəfəri TRT əməkdaşıdır. Bir nəfər isə əvvəllər telekanalda çalışıb.

Qeyd edək ki, 19 dekabr 2016-cı ildə Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən "Rusiya türklərin gözü ilə" sərgisində çıxışı zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib.

Hadisəni törədən Mert Altıntaş təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.

Milli.Az