İnstaqram-dan radikal qərar - “Influencer”lərə zərbə

18 İyul 2019 12:16

Sosial media həyatımıza girəndən yeni bir iş növü yaranıb ki, bu da "influencer"lərdir (sosial media fenomenləri).

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu yolla pul qazanan şəxslərə pis xəbər gəlib.

Belə ki, İnstaqram radikal qərarla bu gündən etibarən "like" sayını göstərməyəcək. Artıq qarşımızdakı şəxsin nə qədər insan tərəfindən bəyənildiyini görməyəcəyik.

İnstaqram etdiyi rəsmi açıqlamada bunları deyib:

"Biz dostlarınızın paylaşımlarınıza baxmağını istəyirik, nə qədər "like" aldığınıza yox".

Milli.Az