Antalyada azərbaycanlıların olduğu avtobus aşdı - ADLAR

18 İyul 2019 10:39

Türkiyədə azərbaycanlıların olduğu avtobus qəza törədib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gün Antalyanın Manavqat vilayətində baş verib. Turistləri daşıyan avtobus idarəetməni itirərək yoldan çıxaraq aşıb.

Avtobusun dərəyə aşması nəticəsində Məmmədovlar ailəsinin 5 üzvü müxtəlif dərəcəli xəsarətlər alıb: Elşən Məmmədov, Şəfəq Məmmədova, Nur Məmmədov, Ceyran Məmmədova və Əsma Məmmədova.

Hadisə yerinə cəlb olunan təcili yardım briqadası xəsarət alan şəxsləri xəstəxanaya çatdırıblar. Onların vəziyyətinin yaxşı olduğu deyilir.

Milli.Az