Muradla Ülviyyə aparıcılığa başlayır

18 İyul 2019 10:27

"Vicdan haqqı" serialı ilə məşhurlaşan evli cütlük Murad İsmayıl və Ülviyyə Xəlilbəyli aparıcılığa başlayır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onların aparıcısı olduğu proqram isə "Şarm +" adlanır.

Bu barədə cütlük sosial media hesabında məlumat verib. Lakin paylaşımda verilişin formatı və hansı kanalda yayımlanması barədə informasiya yer almayıb.

Milli.Az