İrina Şeyk uzun ayaqlarına görə çətin vəziyyətdə qaldı

18 İyul 2019 10:09

Bir müddət əvvəl sevgilisi və övladının atası Bredli Kuperdən ayrılan İrina Şeyk qızını Nyu-Yorkdakı bir parka aparıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, 33 yaşlı modelin uzun ayaqları başına bəla olub. Belə ki, qızı ilə sürüşkəndən sürüşən modelin ayağı ilişib.

Anası Olqanın müşayət etdiyi Şeyk 2 yaşlı qızı Li ilə oynamağa başlayıb. Şeyk qızı ilə oynayarkən uşaqlar üçün nəzərdə tutulan sürüşkəndən aşağı sürüşməyə çalışıb. Amma uzun ayaqları sürüşkənə ilişib.

Milli.Az