Məşhur aktrisa anası ilə - FOTO

18 İyul 2019 11:26

"Bir zamanlar Çukurova" serialında Züleyxa obrazını canlandıran Hilal Altınbilek mövsüm finalından sonra istirahətə çıxıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, aktrisa anası ilə fotosunu paylaşıb. İzləyiciləri isə bu fotonu çox bəyənərək rəy yazıblar. Altınbilekin anasının gözəlliyi hamını heyran edib.

Yalıkavakda istirahət edən aktrisa anası ilə yemək yeyərkən fotosunu paylaşıb. O, fotoya "Gözəl bir axşam yeməyi və anam" başlığını yazıb.

Milli.Az