Türkiyəli müğənni Özcan Dəniz həyat yoldaşı Feyza Aktandan ötən ay boşanmışdı.
Milli.Az axşam.az-a istinadən bildirir ki, baş tutan prosesdən sonra Feyza sosial şəbəkədə soyadını da dəyişdirmişdi.
Lakin cütlük boşanmadan bir müddət sonra görüntülənib. Onlar Bodrumda əl-ələ paparazzilərin obyektivinə tuş gəliblər. Bildirilir ki, Feyza və Özcan barışıb.
Qeyd edək ki, cütlüyün bir oğlu var.
Milli.Az