Ermənistanda polislə toqquşma zamanı 13 etirazçı xəsarət alıb - VİDEO

18 İyul 2019 08:08

Ermənistanın Ecevan şəhərində polislə etiraz aksiyasını iştirakçıları arasında toqquşma baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib ki, toqquşmalar zamanı 13 nəfər xəsarət alıb:

"İcevanda toqquşmalar nəticəsində şəhərin tibb mərkəzinə 13 nəfər yerləşdirilib. Xəsarət alanlar lazımi müayinədən keçirlər... Onlar həkimlərin nəzarətində saxlanılırlar. Həkimlər xəsarət alanların bir hissəsini təkrar müayinədən sonra evə buraxacaqlar".

Milli.Az