"Qarabağ"ın növbəti rəqibi müəyyənləşdi

17 İyul 2019 23:27

Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ"ın ikinci təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdam təmsilçisi İrlandiyanın "Dandolk" klubu ilə qarşılaşacaq.

İrlandlar birinci təsnifat mərhələsində Latviyanın "Riqa" klubunu yalnız penaltilər seriyasında məğlub edə bilib.

Qeyd edək ki, "Qarabağ" ilk təsnifat mərhələsində Albaniyanın "Partizani" klubunu mübarizədən kənarlaşdırıb.

Milli.Az