Ölkədə 31 min 432 narkoman qeydiyyata alınıb

17 İyul 2019 22:15

Ötən ilin sonuna qədər Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində 31 432 nəfər qeydiyyatda olub ki, onlardan 26 346 nəfəri dispanser, 5086 nəfəri profilaktik qeydiyyatda olanlardır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 6 ayın yekunlarına dair hesabatında bildirilir.

Məlumata görə, qeydiyyata alınanlardan 626 nəfəri qadın, 227 nəfəri toksikoman, 21 872 nəfəri (501 nəfər qadın) inyeksion narkotik istifadəçisidir.

2019-cu ilin 6 ayı ərzində 2557 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub və 1276 nəfərdə narkotikdən istifadə aşkarlanaraq müvafiq qeydiyyata götürülüb.

Milli.Az