Bu ölkədə FACİƏ - 12 ölü

17 İyul 2019 21:20

Nigeriyada 4 mərtəbəli bina uçulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, insident nəticəsində 12 nəfər dağıntılar altında qalaraq həlak olub. Daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Mağaza və yaşayış mənzillərinin yerləşdiyi binanın hansı səbəbdən uçulması barədə dəqiq məlumat verilmir.

Milli.Az