Azərbaycan mənşəli iş adamı, Rusiyanın "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov dünyanın 59-cu ən zəngin biznesmenidir.
Milli.Az Modern.az-a istinadən xəbər verir ki, Vahid Ələkbərov 17,7 milyard dollar sərvətə malikdir.
Dünyanın 100 ən varlı biznesmenin daxil olduğu siyahıya ötən il olduğu kimi "Amazon" şirkətinin sahibi Cef Bezos başçılıq edir. Onun 125 milyard dolları var. Növbəti pillədə isə fransız iş adamı Bernar Arno qərarlaşıb. Onun sərvəti 108 milyard dollara çatır. İlk üçlüyü isə "Microsoft"un yaradıcısı və keçmiş prezidenti Bill Geyts (107 milyard dollar) tutur.
Siyahıda Uorren Baffet (83,9 milyard dollar), Mark Zukerberq (79,5 milyard dollar) və s. daxildir.
Milli.Az