24 yaşlı qız itkin düşdü - FOTO

17 İyul 2019 20:39

Cəlilabad rayonunun Üçtəpə kənd sakini 1995-ci il təvəllüdlü Aytəkin Qəzənfər qızı Həbibova dekabrın 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Milli.Az xəbər verir ki, Aytəkin Həbibovanın boyu 160 santimetr, orta bədən quruluşludur. Onun gözlərinin rəngi qonur, saçları qaradır.

Həmin şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətinə və Cəlilabad Rayon Polis Şöbəsinin 025 245-52-19 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Milli.Az