"Real" Poqbadan imtina edir

17 İyul 2019 19:24

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın "Real"a keçidi bu yay alınmaya bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb mankunyanların fransalı yarımmüdafiəçi üçün tələb etdiyi təzminat məbləğidir. "Qırmızı şeytanlar" 26 yaşlı oyunçuya 200 milyon avro qiymət qoyub ki, bu da "kral klubu" üçün kifayət qədər yüksək məbləğ hesab olunur.

İspaniya mətbuatı iddia edir ki, "Mançester Yunayted" rəhbərliyi bununla Poqbanı komandada saxlamaq istədiklərini bildirib. Hətta komandanın baş məşqçisi Ole-Qunnar Sulşerin yeni mövsümdən kapitanlıq sarğısını Poqbaya həvalə edəcəyi gözlənilir.

Qeyd edək ki, Poqba ilə "Real"dan başqa, "Yuventus" da yaxından maraqlanır.

Milli.Az