ABŞ-a cavab: Rusiya Türkiyəyə bunu təklif etdi

17 İyul 2019 17:39

Türkiyəyə Rusiya istehsalı döyüş təyyarələrinin satışını nəzərdə tutan müqavilə üçün görüşlərin keçirilməsi istisna deyil.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Yuri Borisov deyib.

"Niyə mümkün olmasın? Artıq əlimizdə bunun mümkün olduğuna dair bir nümunə də var", - Borisov bildirib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-ın F-35 təhdidləri fonunda rus təyyarələrinin (Su-57 nəzərdə tutulur) alışını istisna etməmişdi.

Milli.Az