“Nyukasl”ın yeni baş məşqçisi məlum oldu - Rəsmi

17 İyul 2019 17:49

İngiltərənin "Nyukasl" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az Komanda.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Stiv Bryusla razılıq əldə edib. 58 yaşlı mütəxəssis klubla 3 illik müqavilə imzalayıb.

"Nyukasl" mövsüm bitdikdən sonra Rafel Beniteslə yollarını ayırmışdı.

Bryus indiyədək "Kristal Pelas", "Sanderlend", "Hall Siti"," "Aston Villa" kimi komandaları çalışdırıb.

Milli.Az