Rusiya rublunun ən pis günü yaxınlaşır - Xəbərdarlıq edildi

17 İyul 2019 17:54

"Beynəlxalq Maliyyə Mərkəzi"nin eksperti Vladimir Rojankovski bəyan edib ki, iyulun 26-ı Rusiya milli valyutası rubl üçün ən pis gün ola bilər.

Milli.Az bu barədə Sputnik Azərbaycan-a istinadən xəbər verir.

O, qeyd edib ki, həmin günün əvvəlində rubl 1 dollara nisbətdə 61,90 rubla qədər möhkəmələnə bilər.

Rojankovski vurğulayıb ki, Rusiya Mərkəzi Bankının həmin gün keçiriləcək monetar siyasətinə dair iclasından sonra investorlar məyus ola bilər.

O, deyib ki, iyulun sonuncu cümə günü böyük ehtimalla rubl üçün pis gün olacaq.

Milli.Az