Uşaqlarda göz patologiyaları

17 İyul 2019 23:45

Göz xəstəliklərinin bir çoxu uşaq yaşlarında meydana çıxır. Bu səbəbdən erkən diaqnozun qoyulması və düzgün müalicənin seçilməsi çox önəmlidir.

Milli.Az xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, uşaqlar 1 yaşında, məktəbə getməzdən əvvəl və məktəb vaxtı mütəmadi olaraq göz müayinəsindən keçməlidirlər.

Əgər uşaqlar uzağa baxanda gözlərini qıyırlarsa, gözlərində çəplik, qızartı və sulanma varsa, balacalar gözlərini çox qaşıyırlarsa, əşyaları gözlərinə çox yaxın tuturlarsa, hansına bir əşyaya başlarını əyərək baxırlarsa oftalmoloqa müraciət olunmalıdır. Bununla yanaşı, yarımçıq doğulmuş körpələr və ailə üzvlərində görmə patologiyaları olan uşaqlar göz həkiminin nəzarətində olmalıdırlar.

Milli.Az