Pələng avtomobildən küçəyə tullandı - VİDEO

17 İyul 2019 16:54

Rusiyada baş verən hadisə sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, kabriolet avtomobildə təlimçisi ilə birlikdə olan pələng maşın dayanan kimi qəfildən yola tullanıb. Pələngin bir sirkə aid olduğu bildirilir.

Hadisə İvanovo şəhərində baş verib. Pələng maşın dayanan kimi yola tullanıb. Pələng əks yolda qaçmağa başlayıb. Təlimçi isə onu tutmağa çalışıb.

Milli.Az