Zelenskiyə Krımı Rusiyadan satın almaq təklif olundu

17 İyul 2019 12:19

Ukraynalılar Prezident Vladimir Zelenskiyə Krım və Donbassı Rusiyadan satın almağı təklif ediblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müvafiq petisiya dövlət başçısının rəsmi saytında yerləşdirilib.

Təşəbbüsün müəllifi Zelenskiyə bu bölgələr üçün Moskva ilə qiyməti müzakirə etməyi təklif edib. O bildirib ki, ukraynalılar prezidentdən cəsarətli qərar gözləyirlər. Bundan əlavə qeyd edib ki,  Zelenski Krım və Donbassın geri qaytarılması üçün bu üsulu görməməzlikdən gəlməsin.

Xatırladaq ki, Krım, eləcə də Donetsklə Luqansk 2014-cü ildə Kiyevdə hakimiyyət dəyişikliyindən sonra Ukraynanın tərkibindən çıxıb. Bundan sonra Donbassda indiyə qədər davam edən münaqişə başlayıb. Yarımada referendum əsasında Rusiyanın bir hissəsi olub. Rəsmi Kiyev bu ərazilərin statusunu tanımır və hesab edir ki, Moskva baş verən hadisələrə görə məsuliyyət daşıyır. Rusiya tərəfi isə ittihamları qəbul etmir.

Milli.Az