Conni Kleq vəfat etdi

17 İyul 2019 11:59

Cənubi Afrika əsilli ingilis musiqiçi-bəstəkar Conni Kleq 66 yaşında dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 2015-ci ildə tutulduğu mədəaltı vəzin (pankreas) xərçəngi nəticəsində vəfat edib.

Kleq ağır xəstəliklə mübarizə aparsa da, konsertlər verməkdən, qastrol səfərlərinə getməkdən imtina etməyib.

Qeyd edək ki, Conni Kleq 1993-cü ildə "Qremmi"nin "Ən yaxşı albom" nominasiyası üzrə mükafatlandırılıb.

Milli.Az