Məktəbə getmək üçün ölümü gözə alan şagirdlər - FOTO

17 İyul 2019 23:36

Vyetnamın şimali-qərbindəki Huoi Ha kəndində yaşayan şagirdlər məktəbə getməklə ölümü gözə alırlar.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, 50 azyaşlı şagird hər gün məktəbə getmək üçün Nam Çim çayından keçmək məcburiyyətindədirlər. Çayın üzərində isə əyri və çürük bambuk körpülər var.

Amma yağışlar mövsümündə çayı su basır və şagirdlər məktəbə getmək üçün çaydan başqa üsullarla keçmək məcburiyyətində qalırlar. Kənd rəsmisi çayın çox təhlükəli olduğunu, dövlətdən asma körpülər salmasını istəyib.

Yerli sakinlər isə uşaqlarını paketlərə qoyaraq çaydan keçirirlər.

Milli.Az