2 uşaq anası borca görə özünü öldürüb - FOTO

17 İyul 2019 12:09

Borclarını ödəyə bilməyən qadın intihar edib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, kirayə pulunu və borclarını verə bilməyən 38 yaşlı qadın canına qəsd edib.

Birləşmiş Krallıqda, Kinqston-Apon-Hall-da iki uşaq anası maddi problemlərə görə özünü öldürüb. Emma Feeney adlı qadının cansız bədənini yaşadığı mənzildən yaxın qonşusu tapıb.

Onun yaxınlarının ifadəsinə görə, Emma özünə qəsd etməzdən əvvəl valideynlərinə pul tapa bilmədiyinə görə stress keçirdiyini söyləyib.

Emmanın narkotik maddədən də istifadə etdiyi aşkarlanıb.

İsmayıl
Milli.Az