Aygünün Brillianta cavabı gecikmədi

17 İyul 2019 10:39

Xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımova arasında olan qalmaqal ötən gün daha da alovlanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sosial media hesabında mərhum sənətçi Mirzə Babayevin videosunu paylaşaraq söz atan müğənniyə Aygünün də cavabı gecikməyib.

O da eyni taktikadan istifadə edərək, Mirzə Babayevlə bağlı paylaşım edib və bu sözləri yazıb:

"Əsl sənət insanının ruhu təmiz, qəlbi böyük olar. O qəlbdə yalnız gözəlliklər yer tapar. Ölməz Mirzə Babayev kimi".

Milli.Az