Ay tutulması başa çatıb

17 İyul 2019 07:56

Cari ilin ikinci Ay tutulması (qismən) başa çatıb.

Milli.Az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, tutulma saat 00:03-də başlayıb və təxminən saat 02:59 radələrində başa çatıb.

Ay tutulması Azərbaycanda da müşahidə olunub.

Eyni zamanda bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olub.

Qeyd edək ki, 2019-cu ilin ilk Ay tutulması yanvarın 21-də baş verib.

Milli.Az