Çempionlar Liqasında növbəti oyunlar keçirilib

17 İyul 2019 07:50

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab görüşləri start götürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ilk oyun günündə 6 görüş keçirilib.

Bu qarşılaşmalardan sonra ÇL-də II təsnifat mərhələsinə yüksələn ilk 6 komanda bəlli olub.

"Nomme Kalyu", "Saburtalo", HİK, "Valletta", TNS və "Srvena Zvezda" klubları növbəti mərhələyə keçiblər.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsinin cavab oyunları

16 iyul

"Şkendiya" (Makedoniya) - "Nomme Kalyu" (Estoniya) - 1:2 (İlk oyun - 1:0)

Qollar: İbrahimi, 62-pen - Ugge, 6. Liliu, 90+1.

"Saburtalo" (Gürcüstan) - "Şerif" (Moldova) - 1:3 (3:0)

Qollar: Roloviç, 59 - Latif, 3. Marqelaşvili, 8-öz qapısına. Rambe, 11.

"HB Torshavn" (Farer adaları) - HİK (Finlandiya) - 2:2 (0:3)

Qollar: Pingel, 17. Andersen, 56 - Riski, 60; 77.

"Valletta" (Malta) - "Düdelanj" (Lüksemburq) - 1:1 (2:2)

Qollar: Fontanella, 35 - Pokar, 59.

"Ferronikeli" (Kosovo) - TNS (Uels) - 0:1 (2:2)

Qol: Ebbe, 67.

"Srvena Zvezda" (Serbiya) - "Suduva" (Litva) - 2:1 (0:0)

Qollar: Boakye, 4. Marin, 29 - Topçaqiç, 90+6.

Milli.Az