Teymur Rəcəbov heç-heçə edib

17 İyul 2019 08:25

Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə keçirilən "Sparkassen Chess-Meeting" Beynəlxalq Şahmat Turnirinin üçüncü turu başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, turnirdə ölkəmizi təmsil edən Teymur Rəcəbov üçüncü turda Riçard Rapportla (Macarıstan) qarşılaşmasında xalları yarı bölüb.

Qeyd edək ki, şahmatçımız ilk turda polşalı Radoslav Voytaşeklə heç-heçə edib. İkinci turda isə almaniyalı Liviu Dieter Nisipeanunu məğlub edib. Üç turun nəticəsinə görə, şahmatçımızın aktivində 2 xal var.

Beynəlxalq turnir iyulun 21-də başa çatacaq.

Milli.Az