"Liverpul" Kamili icarəyə göndərdi

16 İyul 2019 21:29

"Liverpul" futbolçusu Kamil Qrabara ilə müqaviləni uzadıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 20 yaşlı qapıçı 4 illik müqaviləyə qol çəkib.
 
Mersisaydlılar sözləşmənin ardından polşalı qapıçını Premyer Liqanın digər təmsilçisi "Vulverhempton"a icarəyə verib. O, 2019/20 mövsümünün sonunadək "Vulverhempton"da çıxış edəcək.
 
Qeyd edək ki, Qrabara son mövsümü Danimarkanın "Orhus" klubunda icarədə olub.

Milli.Az