İran təsdiqlədi: Fransız akademiki həbs etmişik

16 İyul 2019 19:54

İran əsilli fransalı akademik Fariba Adelha İranda həbs edilib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Fransa mətbuatı Xarici İşlər Nazirliyinə istinadən yayıb. Məlumata görə, akademikin konsulluq xidmətlərindən istifadəsinə məhdudiyyət qoyulub.

Rəsmi Paris Fariba Adelha ilə bağlı situasiyanın aydınlaşdırılmasını Tehrandan tələb edib.

Fransa mətbuatının iddiasına görə, fransalı akademik casusluqda ittiham edilərək həbs olunub.

Qeyd edək ki, Fariba Adelha antropoloqdur. O, Paris Siyasi Tədqiqatlar İnstitutunda çalışır.

***

Rəsmi Tehran İran mənşəli fransız qadın aliminin həbs olunduğunu təsdiqləyib.

Məlumata görə, İranın ədliyyə orqanlarının sözçüsü Qulamhüseyn İsmaili Tehranda keçirdiyi mətbuat konfransında alim Fariba Adelhanın həbs olunduğunu təsdiq etsə də, insidentin səbəblərini izah etməyib.

O əlavə edib ki, istintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Milli.Az