Bakıda cərrahi əməliyyat olunan Qusar sakini bir həftə sonra öldü

16 İyul 2019 19:29

Bakıda əməliyyat olunan şəxs bir müddət sonra dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Qusar rayonunda baş verib.

Rayonun Hil kənd sakini, 1992-ci il təvəllüdlü Ələkbərov Kamran Qambay oğlu Hil kəndindəki evinin həyətində gilas ağacından yıxılaraq ağır xəsarət alıb.

Yaralı kəllə sümüyü və bel fəqərələrinin sınığı xəsarətləri ilə Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətirilərək əməliyyat olunub. Əməliyyatdan bir həftə sonra xəstə özünü yaxşı hiss etdiyi üçün ambulator müalicəyə buraxılıb.

K.Ələkbərovun bir həftə sonra evinin həyətində ürəkkeçməsi olub. O, təcili tibbi yardımla xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az