"Everton"un sabiq futbolçusu "Qarabağ"da

16 İyul 2019 19:04

"Qarabağ" növbəti transferini bitirib.

Milli.Az xəbər verir ki, Ağdam klubu Seneqal əsilli fransalı vinger Maqaye Qeyeni transfer edib. Klub tezliklə müqavilənin detallarını açıqlayacaq.

29 yaşlı futbolçu "Strasburq"un yetirməsidir. O, 2010-cu ildə İngiltərənin "Everton" klubuna 1,4 milyon avroya transfer olub. Geye "Brest", "Milluol", "Adanaspor" və "Osmanlıspor" klublarında da çıxış edib.

Milli.Az