Taekvondoçularımız beynəlxalq yarışa yola düşdü

16 İyul 2019 19:14

Para-Taekvando üzrə milli komandamız 5-ci Asiya çempionatına yola düşüb

Milli.Az xəbər verir ki, 16-19 iyul tarixlərində İordaniyanın Amman şəhərində 5-ci Asia Para-Taekvando yarışları keçiriləcək. 

Yarışda ölkəmizi baş məşqçi Fərid Tağızadənin rəhbərliyi ilə 6 idmançı təmsil edəcək. İdmançılarımız K44 kateqoriyasında yarışan Röyalə Fətəliyeva (49 kq), Aynur Məmmədova (+58kq), İmaməddin Xəlilov (61kq), Abuzər Əbülfəzli (75kq), Hüseyn Həsənov (75kq) və Vüsal İsmayılovdur (+75kq). 

Yarış "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.

Komandamız Azərbaycan Milli Paralimpiya Komitəsi və Azərbaycan Taekvando Federasiyasının dəstəyi ilə bu yarışa yola düşüb.  

Milli.Az